Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.
Elchi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda yerləşəcək.