image-mozambik-reu-2316359_1backend

Mozambikdə nələr baş verir? 6 min məhbus qaçdı

Milad günü Mozambikin paytaxtı Maputoda yüksək rejimli həbsxanadan azı 6 min məhbus qaçıb. Hadisə seçkinin nəticələrinə etirazların gücləndiyi bir vaxtda baş verib.
Elchi.az xəbər verir ki, Mozambik Polisinin Baş Komandanı Bernardino Rafael qaçış zamanı 33 məhbusun öldüyünü, 15-in yaralandığını açıqlayıb.
Oktyabrın 9-da keçirilən seçkilərdə hakim Frelimo partiyasının qələbəsi konstitusiya şurası tərəfindən təsdiqləndikdən sonra ölkə daxilində başlayan etirazlarda polis maşınları, polis bölmələri və ictimai infrastrukturlar hədəfə alınıb.
Bu dövrdə Maputo Mərkəzi Həbsxanasında bir qrup məhbus vəzifədə olan mühafizəçilərin silahlarını ələ keçirərək üsyana cəhd etmiş və digər məhbusları azad ediblər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki