Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Elchi.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bununla da iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb.
Qeyd edək ki, Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçilib.