İtaliyanın baş naziri Giorgia Meloni israilli həmkarı Benyamin Netanyahuya Tel-Əvivin Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) əsgərlərinə hücumunun “qəbuledilməz” olduğunu deyib.
Elchi.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Livanda Birləşmiş Millətlər Sülh Qüvvələrinin əsgərlərinə hücumla əlaqədar İsrailin baş naziri Benyamin Netanyahuya zəng edib.
İtaliya hökumətindən verilən açıqlamada, “Baş nazir Meloni, UNIFIL-in İsrail silahlı qüvvələri tərəfindən hücuma məruz qalmasının qəbuledilməz olduğunu təkrarladı və missiya regional sabitliyə töhfə vermək məqsədilə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) səlahiyyətlərinə uyğun fəaliyyət göstərir. “O, mütləq zərurət olduğunu bildirdi ki, UNIFIL personalının təhlükəsizliyinə hər zaman təminat verilməlidir”.
Bəyanatda həmçinin qeyd olunub ki, Meloni İtaliyanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə yerinə yetirilməsi vasitəsilə İsrail-Livan sərhədinin sabitləşməsinə töhfə verə biləcəyi və köçkünlərin öz evlərinə qayıtmasına zəmanət verə biləcəyinə dair öhdəliklərini təkrarlayıb.
Şayəstə Hüseynova