Meksikanın cənubundakı Gerrero ştatının paytaxtı Çilpansinqo şəhərinin meri Alexandro Arkos Katalan dünən vəhşicəsinə qətlə yetirilib.
Elchi.az xəbər verir ki, dəhşətli mənzərənin sosial şəbəkədə bir neçə dəfə paylaşılan fotosuna görə, altı gün əvvəl vəzifəsinin icrasına başlayan 43 yaşlı merin başı kəsilib və başı avtomobilin damında qalıb.
Qətl sabah milli təhlükəsizlik planını təqdim edəcək yeni prezident xanım Klaudiya Şeynbaumun andiçmə mərasimindən beş gün sonra baş verib. İyun ayında, Şeynbaum seçildikdən bir gün sonra, Meksikanın qərbindəki bir şəhərin meri öldürüldü.
Ştat qubernatoru xanım Evelin Salqado X-də verdiyi açıqlamada “Çilpansinqo Şəhər Şurasının prezidenti Alejandro Arkos Katalanın qətlini qətiyyətlə pisləyirəm” dedi.
Müxalif PRI-nin prezidenti Alejandro Moreno deyib: “Onlar Çilpansinqo şəhərinin meri Alejandro Arkosu və cəmi üç gün əvvəl həmin bələdiyyənin katibi Fransisko Tapiyanı öldürdülər. Bir həftədən az idi ki, iş başında idilər” dedi.
Bu il iyunun 2-də keçirilən seçkilərdə PRI-PRD-PAN müxalifət alyansının namizədi kimi Alejandro Arkos Katalan Çilpansinqo şəhərinin meri seçilib.
Şayəstə Hüseynova