image-470e3ea9-0a59-3a09-8d25-2adc93954769_850backend

Meksika Prezidenti: ABŞ ilə razılaşma Çinlə rəqabət aparmağın yeganə yoludur

Meksika-ABŞ-Kanada sazişi (USMCA) Çinlə uğurlu rəqabətin aparmağın yeganə yoludur. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Meksika Prezidenti Klaudiya Şeynbaum çıxış edib.

“Şimali Amerika dünyanın digər regionlarına nisbətən idxaldan getdikcə daha çox azad iqtisadi region kimi möhkəmlənməlidir”, – Meksika lideri deyib.

Şeynbaum qeyd edib ki, Meksika, ABŞ və Kanadanın iqtisadiyyatları qlobal ÜDM-in 30%-ni təşkil edir.

Onun sözlərinə görə, əgər Meksikanın şimal və ABŞ-nin cənub ştatlarını bir ölkə saysaq, onlar dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevriləcəklər.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki