image-15backend

Mask Kanadanı “saxta ölkə” adlandırıb

Amerikalı milyarder, ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin 160 mindən çox sakininin imzaladığı Kanada vətəndaşlığından məhrum edilməsi tələbi ilə bağlı petisiyaya cavab olaraq Kanadanı saxta ölkə adlandırıb.

Elchi.az xəbər verir ki, o, yazısını X səhifəsində dərc edib.

“Kanada əsl ölkə deyil”,-deyə Mask yazıb.

Bir müddət əvvəl amerikalı iş adamı Kanadanın baş naziri Castin Trüdonun ABŞ-a qatılmaqdan qəti şəkildə imtina etməsi ilə bağlı sözlərindən sonra onu qız adlandırmışdı. İlon Mask Trüdonun hakim Liberal Partiyasının və müvafiq olaraq, ölkə hökumətinin başçısı vəzifəsindən tezliklə istefa verməsi ilə bağlı son xəbərlərə istinad edib.

“Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin əhəmiyyəti yoxdur” dedi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki