image-resized_124bd-4fe8d44b20201116moldovaninyenicumhurbaskanidemokrasiyanlisimaiasanduoldu529211eeec6d922eadb454a93cbackend

Maia Sandu yenidən Moldovada prezident seçilib

Moldovada prezident seçkilərinin ikinci turunun qalibi hazırkı prezident Maia Sandu olub.
Elchi.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının dərc etdiyi məlumatlara görə, səslərin təxminən 99 faizi hesablandıqdan sonra qərbyönlü namizəd Maia Sandu-nun səs payı 54,95 faiz (910 min 437 səs) olub.
Rusiya ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarı olan müxalifət namizədi Aleksandr Stoyanoqlonun səs faizi 45,05 faiz (746 min 387 səs) olaraq qalıb.
Təxminən 3,3 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə iştirak nisbəti əvvəlki iki seçkidən yüksək olmaqla 54 faizi ötüb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki