image-af0ca04c-30f2-363c-b111-9a44d175af33_850backend

Mahir Emrelinin komandası bu gün “Hannover”lə üz-üzə gələcək

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası bu gün səfərdə “Hannover”lə üz-üzə gələcək.

Elchi.az -ın məlumatına görə, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edəcək.

Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Qeyd edək ki, “Nürnberq” altı oyundan sonra yeddi xalla 13-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə on xalla 6-cı sıradadır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki