Macarıstan hökumətinin başçısı Viktor Orban dekabrın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşiyə istinadən yazır.
“Prezident Ərdoğan və Viktor Orban cari beynəlxalq problemləri, Ukrayna və Yaxın Şərqdəki münaqişələri, sülh perspektivlərini, həmçinin Macarıstan-Türkiyə münasibətlərindəki bir sıra məsələləri müzakirə edəcəklər”, – Orbanın nümayəndəsi bildirib.
Macarıstanın baş naziri Türkiyədə Macarıstan Mədəniyyəti ilinin bağlanışı ilə bağlı bir sıra tədbirlərdə də iştirak edəcək.
Dekabrın 11-də Orban Rusiya prezidenti Vladimir Putinlə bir saatlıq telefon danışığı aparıb. Söhbətdən sonra o bildirib ki, hazırda bütün dünya Ukraynadakı münaqişənin ən təhlükəli həftələrini yaşayır, lakin nizamlanmanı istəyən ölkələr əllərində olan bütün diplomatik vasitələrdən istifadə edirlər.
Bundan əvvəl Orban ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Roma Papası ilə görüşüb.
Nuranə Məmmədova