image-30d0d22f21458ef71202ccd1f0a56796backend

Lordlar Palatası ingilisləri müharibəyə hazırlaşmağa çağırıb

Britaniyanın Lordlar Palatası ölkə vətəndaşlarını müdafiəyə hazırlaşmağa çağırıb.
Elchi.az xəbər verir k, bu barədə krallığın yuxarı palatasının beynəlxalq münasibətlər və müdafiə üzrə hesabatında deyilir .
Onlar qeyd ediblər ki, Ukraynadakı münaqişə “müdafiə siyasətinə həddən artıq inamın və köhnəlmiş düşüncənin yaratdığı təhlükələrin ayıqdırıcı xatırlatmasıdır”.
Mətndə deyilir: “Ukraynadakı müharibə bizim öz hərbi gücümüzün məhdudiyyətlərini də üzə çıxardı – ordumuz çəkindirici effekti saxlamaq və uzun sürən münaqişəni davam etdirmək üçün lazım olan sayda, möhkəmlikdən və daxili birlikdən məhrumdur”.
Bütün bunların fonunda Böyük Britaniyanın Lordlar Palatası ölkə hakimiyyətini “hərbçilərin işə qəbulu və saxlanılması problemini həll etməyə, həmçinin onların sayını artırmaq üçün ehtiyatları işə salmağa” çağırıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki