Livan hökuməti Hizbullahın ordunun ölkənin cənubunda nəzarəti ələ keçirməsini qəbul etdiyini təsdiqləyib.
Elchi.az xəbər verir ki, Livanın informasiya naziri Ziyad əl-Makari paytaxt Beyrutda Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
Hökumətin gələn şənbə günü ölkənin cənubundakı Sur şəhərində görüşəcəyi ilə bağlı məlumatı paylaşan Makari, Livanın Baş Qərargah rəisi Cozef Aunun toplantıya qatılacağını və ordunun cənuba yerləşdiriləcək planı haqqında məlumat verəcəyini bildirib.
Ordunun cənubda nəzarəti ələ keçirməsi ilə bağlı kabinetdə Hizbullahı təmsil edən nazirlərin münasibətinə diqqət çəkən Makari sözlərini belə davam etdirdi:
“Atəşkəs razılaşmasına Nazirlər Şurası qərar verib. Ona görə də razılaşma həm Livan hökumətinin, həm də parlament sədri Nebih Berrinin təsdiqinə malikdir. Sizdə açıq şəkildə hökumət tərəfindən təsdiqlənmiş razılaşma var. Bütün nazirlər də bu razılaşmanı təsdiqləyib”.
Ordunun cənubda nəzarəti ələ keçirmə gücünə dair suala isə Livanlı nazir, “Biz orduya güvənirik, o, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmək öhdəliyi daşıyır. Hökumət də bunu təsdiqləyir, başqa variant yoxdur” – deyib.
Hizbullahın baş katibi Naim Kasım noyabrın 29-da etdiyi çıxışında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün Hizbullah ilə Livan ordusu arasında koordinasiyanın yüksək səviyyədə olacağını bildirib.
Kasım Livan ordusuna “milli ordu” kimi baxdıqlarını ifadə edib.
Nuranə Məmmədova