Avropa Komissiyası G7 ölkələrinin öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avro kredit ayıracaq.
Elchi.az xəbər verir ki, Avropa Komissiyası (AK) Yeddilik Qrupu (G7) ölkələrinin təşəbbüsü çərçivəsində Ukraynaya 35 milyard avro kredit ayıracaq. Bunu Kiyevə səfəri zamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
“Avropa Komissiyası G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək”, – AK rəhbəri X sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.
Von der Leyenin sözlərinə görə, bu addım Avropa Komissiyasının Ukraynanın bərpasına daha bir mühüm töhfəsi olacaq.
Şayəstə Hüseynova