Lavrov: Ukraynada etirazları qızışdıranlar layiqli cəzalarını alacaqlar.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, ehtirasları qızışdırmağa və Ukrayna ətrafında vəziyyəti gərginləşdirməyə çalışan siyasətçilər “ləyaqətli cəzanı” çəkəcəklər. O, bu barədə VGTRK-nın müxbiri Pavel Zarubinə bildirib.
“Görünür, indi ehtirasları qızışdırmağa və vəziyyəti son həddə çatdırmağa çalışanlar Rusiya prezidentinin bəyanatlarını oxumayıblar. <…> Lakin onların layiqli cəzasını alacaqlarına şübhə ola bilməz”, – Lavrov bildirib.
Noyabrın 29-da Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzvlük müqabilində Ukrayna ərazilərini geri qaytarmadan münaqişəyə son qoyulmasının vacibliyini bəyan edib.
Onun fikrincə, alyansa qoşulmaq sonradan Moskva ilə ərazilərin “diplomatik yolla” qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun hərbi bazalarına hücumların mümkünlüyünü istisna etməyib.
Şayəstə Hüseynova