image-65backend

Lavrov Səudiyyə ərəbistanlı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səudiyyəli həmkarı Faysal Ben Farhan Al Saud ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı diplomatik idarələrin rəhbərləri regional gündəliyin bir sıra aktual məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

“Nazirlər Yaxın Şərqdə sülhə və sabitliyə xələl gətirən kəskin böhranların tezliklə siyasi və diplomatik yolla həllinə yardım etmək maraqları naminə beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərinin səylərini birləşdirməyin zərurətinin lehinə ümumi mövqelərini təsdiqləyiblər”. Smolenskaya meydanında məlumat verilib.

Xarici əlaqələr idarələrinin rəhbərləri həmçinin Rusiya-Səudiyyə münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə ediblər. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiya böhrandan sonra Suriyanın bərpasına kömək etməyə hazırdır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki