image-2782978backend

Kreml Zelenskinin mövqeyini “ölümcül səhv” adlandırıb

Vladimir Zelenskinin “Rusiyanı sülhə məcbur etmək” mövqeyi Kiyev üçün fəsadları olan dərin aldanma və ölümcül səhvdir.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bunu bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Bundan əvvəl Zelenski BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı Moskvanın “sülhə məcbur edilməli” olduğunu demişdi və münaqişənin həlli üçün onun “sülh formulundan” istifadə edilməsinin tərəfdarı olduğunu söyləmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu mövqe səhvdir və onun nəticələri olacaq.
“Mənim fikrimcə, belə bir mövqe ölümcül səhvdir. Ölümcül səhv, sistemli səhv, bu, ən dərin aldatmadır və təbii ki, Kiyev rejimi üçün nəticələrini qaçılmaz edəcək”, – deyə o, izah edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki