image-uzay-depophotos-1514879_1backend

Kosmosa səyahət üçün biletlər satışdadır

Çinin Deep Blue Aerospace şirkəti 2027-ci ildə suborbital ekspedisiyası üçün hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satıb. Sərnişinlərə 5 dəqiqəlik çəkisizlik təcrübəsi təklif olunacaq. Gələn ay daha çox bilet satışı planlaşdırılır.
Elchi.az xəbər verir ki, Çində bir kosmos və aviasiya şirkəti 2027-ci il üçün planlaşdırılan kosmik turizm ekspedisiyasının biletlərini satışa çıxarıb.
Milli mətbuatda yer alan xəbərlərə görə, dünən axşam Taobao e-ticarət saytında hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satılıb.
Qərargahı Çinin Jiangsu əyalətində yerləşən “Deep Blue Aerospace” adlı şirkət ölkədə kosmos turizmi satan ilk şirkət olub.

Uzay seyahati için biletler satışa çıktı
2027-ci ildə raketlə suborbital ekspedisiya təşkil etməyi qarşısına məqsəd qoyan şirkət,12 dəqiqə davam etməsi planlaşdırılan bu səyahət sərnişinləri ən azı 5 dəqiqə ərzində atmosferdən kənar kosmosa aparmağı vəd edərək, çəki hissini itirməni yaşamağa imkan verir.
Suborbital ekspedisiyanın xüsusi kosmik təyyarə ilə deyil, raketlə həyata keçirilməsi şirkətdən yaxın iki il ərzində bir çox pilotsuz uçuş sınaqları keçirməyi tələb edəcək.
Yenidən istifadə edilə bilən raket texnologiyasının köməyi ilə gələcəkdə bu cür kosmosa səyahətlərin xeyli ucuzlaşacağı proqnozlaşdırılır.
Şirkət gələn ay ekspedisiya üçün daha çox bilet satmağı planlaşdırır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki