Şimali Koreya lideri Kim Çen In, “Ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüz tərəddüd etmədən istifadə olunacaq və nüvə silahından istifadə variantı nəzərdən qaçmayacaq. “Hərbi fövqəldövlət və nüvə dövləti olmaq yolunda addımlarımız daha da sürətlənəcək”, o xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In düşmənlərini qorxudub. Adını daşıyan Milli Müdafiə Universitetinin 60 illik yubiley mərasiminə qatılan Kim çıxışında Koreya yarımadasında və ətrafında təhlükəsizlik mühitinin getdikcə daha çətinləşdiyini bildirib.
Cənubi Koreya-ABŞ ittifaqının tamamilə nüvə ittifaqına çevrildiyini vurğulayan Kim, “Dünyanın ən böyük nüvə gücü və onu manipulyasiya etməyə çalışan ən məkrli kuklalarla qarşı-qarşıyayıq” dedi. Ölkə konstitusiyasının orduya ola biləcək təxribata sərt cavab vermək səlahiyyəti verdiyinin vurğulayan Kim, “Ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüz tərəddüd etmədən istifadə olunacaq və nüvə silahından istifadə variantı da diqqətdən kənarda qalmayacaq. ”
Şayəstə Hüseynova