image-thumbs_b_c_6e29bf78423ba91e17a01885f767379ebackend

Keniyada təyyarə qəzası: 2 nəfər ölüb

Keniyanın Naviaşa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, KİV-in məlumatına görə, Nayrobidəki Wilson hava limanından Mbarukaya gedən yüngül təyyarənin qalxdıqdan bir saat sonra Naivaşa yaxınlığındakı Kedonq Rançında qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Səlahiyyətlilər bildiriblər ki, ərazidə pis hava şəraiti və pis relyef xilasetmə işlərinə mane olur.
Həyatını itirənlərdən birinin qadın olduğu bildirilib.
Qəzanın səbəbi hələlik məlum deyil.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki