İsrailli məhbusların tezliklə azad edilmədiyi təqdirdə “cəhənnəmin qapılarının açılacağını” bəyan edən İsrail Müdafiə naziri Yisrael Katz Qəzza zolağına hücumla hədələdiyini təkrarlayıb.
Elchi.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, nazir Katz İsrailin keçmiş baş naziri Menahem Beginin ölümünün 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması danışıqları ilə bağlı müzakirələrə toxunub.
Nazir Katz Qəzza zolağına hücumları yenidən başlaya biləcəkləri ilə hədələyib.
İsrailin Qəzzaya humanitar yardımların girməsini dayandırdığını və bunun “yalnız başlanğıc” olduğunu bildirən Katz, “Həmas tezliklə məhbusları azad etməsə, Qəzzanın qapıları qıfıllanacaq, cəhənnəmin qapıları açılacaq” dedi.
Şayəstə Hüseynova