İsveçrə İsrailin hücumları altında olan Livanda artan münaqişələrə son qoymaq üçün tərəfləri dialoqa çağırıb.
Elchi.az xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi “X” sosial media hesabından İsrailin hava və qurudan hücumlar həyata keçirdiyi Livandakı vəziyyətlə bağlı paylaşım edib.
Yazıda İsveçrənin Livanda təhlükəsizlik vəziyyətinin pisləşməsindən dərin narahat olduğu bildirilib və əlavə edilib: “Biz bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Beynəlxalq hüquqa, o cümlədən humanitar hüquqa hörmət edilməlidir. Biz dialoq və gərginliyin azaldılmasını tələb edirik .”- ifadələrdən istifadə edilmişdir.
Nuranə Məmmədova