image-11ddc86e-3616-3835-8316-beba0ad5a41e_850backend

İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub

İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd yaxınlığında ölkənin ərazi sularına girən pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hava həyəcanı siqnalı protokola uyğun olaraq işə salınmayıb.

Hərbçilər əlavə ediblər ki, PUA İsrail Hərbi Dəniz Qüvvələrinin raket korveti tərəfindən vurulub.

PUA-nın növü açıqlanmır.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki