image-netanyahu-ap-2150856_1backend

İsraildəki hərbçi ailələr Netanyahudan “Qəzzaya hücumları dayandırmağa” çağırıblar

İsrail əsgərlərinin ailələri baş nazir Benyamin Netanyahuya məktub yazaraq Qəzza zolağında hücumların dayandırılmasını və əsirlərin dəyişdirilməsini istəyiblər.
Elchi.az xəbər verir ki, Haaretz qəzetindəki xəbərdə təxminən 800 İsrail əsgərinin ailəsinin Netanyahuya Təl-Əviv ilə HƏMAS arasında əsir mübadiləsi və Qəzza hücumları ilə bağlı məktub göndərdiyi bildirilib.
Ailələr Netanyahunu “siyasi karyerası və şəxsi maraqları üçün” Qəzzaya hücumları davam etdirməkdə ittiham ediblər.
“Biz iddia edirik ki, siz girovları və əsgərləri tərk etdiniz və girovların azad edilməsi və müharibənin dayandırılması üçün razılığın əldə olunmasını tələb edirik”, – məktubda deyilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki