image-israil-2311509_1backend

İsrail Qəzzanın şimalında təcili yardım maşınına atəş açıb

İsrail ordusunun Qəzzanın şimalında təcili yardım maşınına pulemyotla atəş açdığı açıqlanıb.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı Qəzzada Səhiyyə Nazirliyinin yayımladığı videoda İsrail ordusunun intensiv atəşlə müşayiət olunan pulemyot atəşi ilə təcili yardımı hədəf aldığı və həmin vaxt avtomobilin sürücüsünün də təcili yardım maşınında olduğu görünür.
Nazirlik, sözügedən görüntünün dünən Qəzza zolağının şimalında, Kemal Advan xəstəxanasının qarşısında İsrail ordusunun təcili yardım maşınına atəş açdığı anı sənədləşdirdiyini bildirib.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrail əsgərlərinin dünən Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsindəki Kemal Advan xəstəxanasına basqın təşkil etdiyi bildirilib.
Xəbərdə əsgərlərin xəstəxanaya yerləşdirilən xəstələri və tibb işçilərini zorla çıxardığı, həmçinin fələstinlilərin əksəriyyətini xəstəxanada saxladığı bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki