İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumlarda 1-i Livan əsgəri olmaqla 4 nəfər yaralanıb.
İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq Livanın cənubunu hədəfə alıb. Livanın cənubunda işğalını davam etdirən İsrail ordusunun hücumları nəticəsində 1-i Livan əsgəri olmaqla 4 nəfərin yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, Livan ordusundan verilən yazılı açıqlamada İsrail əsgərlərinin Yarun – Marun er-Ras yolunda Livan əsgərləri və vətəndaşlarına atəş açdığı bildirilib.
Açıqlamada İsrail ordusunun açdığı atəş nəticəsində 1 Livan əsgəri və 3 vətəndaşın yaralandığı, Livan ordusunun bölgədəki evlərinə dönən vətəndaşları müşayiət etdiyi bildirilib.
– Livan ordusu cənubda nəzarəti ələ keçirməyə çalışır
İsrailin işğal etdiyi bölgələrdən geri çəkilmə prosesi zamanı Livan ordusu xalqın bölgəyə geri dönmə hərəkətləri ilə nəzarəti saxlamağa çalışır.
Livan ordusu İsrailin atəşkəs razılaşması çərçivəsində Yarun, Mervahin və Birket er-Rişa qəsəbələrindən çəkildiyini və Livan əsgərlərinin bu bölgələrə yerləşdirildiyini açıqlayıb.
– İsrail ordusu Livanın cənubunda işğalını davam etdirir
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, yanvarın 26-da Livanın cənubundan çəkilməli olan İsrail ordusu geri çəkilmə prosesinin 60 gündən çox sürdüyünü və bu vəziyyətin razılaşmaya keçdiyini iddia edib.
Livan rəsmiləri başda ABŞ və Fransa olmaqla beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasında nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq geri çəkilməyən İsrailə qarşı tədbir görməyə və diplomatik təzyiq göstərməyə çağırıb.
ABŞ-dan verilən açıqlamada Livan ilə İsrail arasındakı razılaşmanın fevralın 18-ə qədər uzadıldığı, Livanın baş naziri Necip Mikati isə İsrailin işğalının sona çatması üçün müddəti fevralın 18-ə qədər uzatmağa razılaşdıqlarını açıqlayıb.
Yanvarın 26-dan bu yana İsrail ordusunun Livanın cənubunda işğal olunmuş bölgəyə daxil olmaq istəyən livanlılara qarşı hücumları nəticəsində 26 nəfər ölüb, 164 nəfər yaralanıb.
Nuranə Məmmədova