image-bati-seriada-genis-capli-saldiri-baslatan-israil-dunden-beri-45-filistinliyi-gozaltina-aldi-xmkwbackend

İsrail dünəndən bəri 45 fələstinlini həbs edib

İsrail ordusunun dünən işğal altındakı İordan çayının qərb sahilində başlatdığı “geniş miqyaslı” hücumlar ikinci gündə də davam edərkən, indiyədək 45 fələstinli nəzarətə götürülüb.
Elchi.az xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
İsrail ordusunun dünən gecədən etibarən İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində keçmiş məhbuslar da daxil olmaqla ən azı 25 fələstinlini nəzarətə götürdüyü bildirilib.
İsrail ordusunun dünən İordan çayının qərb sahilinin şimalında başlatdığı “genişmiqyaslı” hücumların ikinci gündə də davam etdiyi və bölgədə nəzarətə alınanların sayının 45-ə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə məhbus olan fələstinlilərin sayı 10 min 300-ü keçib.
İsrail ordusunun dünən işğal altındakı İordan çayının qərb sahilində başlatdığı “genişmiqyaslı” hücumlarda indiyədək 17 fələstinlinin öldüyü, çox sayda insanın yaralandığı, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki