İyunun 2-də Meksikada keçirilən prezident seçkilərində qalib gələn Klaudiya Şeynbaum Pardonun oktyabrın 1-də keçiriləcək andiçmə mərasiminə İspaniya Kralı VI Felipenin dəvət edilməsinə qarşı çıxan İspaniya heç bir nümayəndəsini göndərməyəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada “İspan hökuməti, Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum oktyabrın 1-də Mexikoda keçiriləcək Pardonun andiçmə mərasimində Kral VI Felipenin qonaqlar arasında kənarda qalmasını qəbuledilməz hesab edir. Buna görə də İspaniya hökuməti öz nümayəndələrindən heç birini bu mərasimə göndərməmək qərarına gəlib”.
Parlament monarxiyası ilə idarə olunan İspaniyanın dövlət başçısı Kral VI Felipe, xüsusilə Latın Amerikası ölkələrində rəsmi mərasimlərdə İspaniyanı həmişə təmsil etməsi ilə tanınırdı.
İki ölkə arasında siyasi böhrana səbəb olan hadisənin arxasında Claudia Sheinbaum Pardo iyul ayında “Bu qədər qırğın və şiddəti geridə qoyan İspan fəthinə görə İspaniyadan əfv tələb etmək lazımdır” demişdi. Onun ifadəsi və bu tələblə bağlı israrlı olduğu bildirilir.
2018-ci ildən Meksika prezidenti vəzifəsini icra edən Andres Manuel Lopez Obrador da keçmişdə İspaniyadan eyni tələbi bildirmişdi.
Digər tərəfdən, İspaniyanın rəsmi xəbər agentliyi EFE, Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən, Meksikaya reaksiyanın İspaniya hökuməti tərəfindən “məntiqli, aydın və güclü” olaraq xarakterizə edildiyini yazıb.
Klaudiya Şeynbaum Pardo iyun ayında Meksikanın ilk qadın prezidenti seçilib.
Şayəstə Hüseynova