Şiddətli yağışlar səbəbindən Madrid, Toledo və Avila çaylarına yaxın kiçik yaşayış məntəqələrində yaşayan vətəndaşlar evlərindən təxliyə edilib, 60-dan çox yan yolun isə nəqliyyata bağlandığı bildirilir.
Elchi.az xəbər verir ki, yerli hökumət paytaxt Madriddən keçən Manzanares və Jarama çaylarının daşması riskinə qarşı xəbərdarlıq səviyyəsini artırıb.
Madridin dairəvi yolları olan M-30 və M-40-da bəzi nöqtələrdə nəqliyyatın idarə olunduğu və Madridin şimala gedən A-6 avtomobil yolunun da bağlanma ehtimalının olduğu ifadə edildi.
Şiddətli yağışlardan ən çox təsirlənən Madriddən 100 kilometr şimalda, Avila şəhərinin cənubunda yerləşən Voltoya, El Maello və Navaluenqa rayonlarında Adaja və Çiko çaylarının daşması nəticəsində çoxlu ev, iş yeri, idman zalları və öküz döyüş meydançaları su altında qalıb.
Avila şəhərinin cənubundakı bu rayonlarda yerli hökumət tərəfindən fövqəladə vəziyyət elan edilib və insanlardan lazım olmadıqca evlərini tərk etməmələri istənilib.
Digər tərəfdən, Toledonun altı rayonunda vətəndaşlar cib telefonlarına göndərilən mesajlarla pis hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Son üç həftədə dörd ayrı tarixdə fırtına və şiddətli yağışa məruz qalan İspaniyada mart ayında rekord miqdarda yağıntı qeydə alınıb, meteorologiya orqanları bildirib.
Nuranə Məmmədova