İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin 26 oktyabrda hücumuna cavab vermək hüquqlarını saxladıqlarını, lakin Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasının daimi olacağına ümid etdiklərini bildirib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün Portuqaliyada mətbuata açıqlama verib.
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasını alqışladıqlarını ifadə edən Əraqçi, razılaşmanın daimi atəşkəsə səbəb olacağına ümid etdiyini bildirib.
Nuranə Məmmədova