İranın Mərkəz əyalətinin Şazand şəhərində İmam Xomeyni adına neft emalı zavodunda qəza baş verib.
Elchi.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə müəssisənin ictimaiyyətlə əlaqələr və beynəlxalq işlər üzrə direktoru Abdultalib Amini bildirib.
Onun qeyd edib ki, yanğın ventilyasiya sistemindəki qurğudan başlayıb.
Direktor hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını bildirib: “Zədələnmiş blokun bərpası istiqamətində işlər görülür”.
Xavər