İranın xarici işlər naziri Abbas İraqçı Tehrana səfər edən Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.
Elchi.az xəbər verir ki, Tehranda Xarici İşlər Nazirliyində keçirilən görüş mətbuata qapalı keçirilib. Görüşdən sonra mətbuat konfransının keçirilməyəcəyi bildirilib.
Qətərin xarici işlər naziri Əl Taninin Tehrana səfəri çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşü gözlənilir .
Qəzza zolağında işğalını və hücumlarını davam etdirən HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarına Qətər ev sahibliyi edib.
Nuranə Məmmədova