image-img_5537backend

İran prezidenti: Təhlükəsizlik və sülhdən narahat olan ölkələr hərəkətə keçməlidir

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrailin bölgədəki hücumları ilə bağlı “təhlükəsizlik” narahatlığı olan ölkələr hərəkətə keçməlidir.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Qətərin paytaxtı Dohada keçirilən Asiya Əməkdaşlıq Dialoq Forumunda çıxış edib.
Ölkəsinin bölgədə tammiqyaslı atəşkəs istədiyini ifadə edən Pezeşkian Asiya Əməkdaşlıq Dialoq Forumunda “Fələstin torpaqlarının 70 ildir davam edən işğalının tamamilə aradan qaldırılması” çərçivəsində çalışacaq xüsusi komissiyanın yaradılmasını təklif edib.”
Pezeşkian Asiya Forumu çərçivəsində seçilmiş üzvlərin iştirakı ilə yaradılacaq komissiyanın vəzifəsini Qəzza və Livan müharibəsində yaralananların vəziyyətini təcili həll etmək, dərhal müharibəyə tibbi və humanitar yardım göndərmək kimi təklif edib.
İran prezidenti Pezeşkian İslam Əməkdaşlıq Təşkilatının liderlər sammitinin sözügedən regional problemin həlli üçün iradə nümayiş etdirən ölkələrin liderlərinin iştirakı ilə təcili sammitin keçirilməsini istəyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki