image-cin-pakistanbackend

İran prezidenti Pezeşkian İsrailə təzyiq göstərməyə çağırıb

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İsrailin törətdiyi cinayətlərə son qoyulması üçün bu rejim tərəfdarlarına daha çox təzyiq göstərilməlidir.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA- nın məlumatına görə , Pezeşkian və Omanın sultanı Heysəm bin Tariq telefon danışığında İsrailin Qəzza zolağına və Livana hücumlarını və ikitərəfli əlaqələri müzakirə ediblər .
Pezeşkiyan, “Bölgə ölkələri arasında dostluq əlaqələrinin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi regional problemlərin həllinə, ölkələrin inkişafına, sülh və rifahın təşviqinə töhfə verəcək”,- deyib.
İsrailin törətdiyi cinayətləri dayandırmaq üçün İsrailə dəstək verən ölkələrə daha çox təzyiq edilməli olduğunu bildirən Pezeşkiyan bu mövzuda İslam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb.
Pezeşkian, ” Biz İslam ölkələri bir olsaq, İsrail asanlıqla belə cinayətlərə cəsarət etməz. Üstəlik, ABŞ və Qərb ölkələri də buna dəstək ola bilməz” ,- deyib.
Oman Sultanı Bin Tariq çıxışında bəzi Qərb ölkələrinin İsrailin törətdiyi cinayətlərlə bağlı ikili standartlar tətbiq etdiyinə diqqət çəkərək, Qərb ölkələrinin İsraili dəstəkləməsinin ağlabatan izahının olmadığını qeyd edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki