image-25f39019-c0a6-3160-a4e5-d4bde78c87d6_850backend

İran Əfqanıstan və Pakistanla sərhəddə divar tikməyə başlayıb

İran Pakistan və Əfqanıstanla həmsərhəd olan 5 əyalətdə divar tikintisinə başlayıb.

Elchi.az  xəbər verir ki, bu barədə “Eghtesaad24” İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə istinadən məlumat yayıb.

O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.

General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki