Yaxın Şərqdə böyük müharibənin addımları yaxınlaşdıqca, İsrailin Livandakı əməliyyatları da intensivliyini artırır. “Haber Qlobal”a danışan istefada olan britaniyalı general C.Devid Şounun sözlərinə görə, İsrail zamanla yarışır: “Əgər məqsədlərə qısa zamanda nail olunmasa, onlar illərlə davam edəcək münaqişələrə cəlb oluna bilərlər”.
Elchi.az xəbər verir ki, İsrail və İran arasında gərginlik böyük müharibə həddinə yaxınlaşır. İsrailin Qəzza soyqırımından sonra Livanda həyata keçirdiyi amansız hərbi əməliyyata ikinci dəfə İranın raket zərbələri ilə cavab verilib. İsrail parlamenti Knessetdən sərt cavab veriləcəyi ilə bağlı açıqlama verilib. Yaxın Şərqdə bir çox müharibələrdə iştirak edən və İngiltərə ordusunun elit birliyi SAS-ın keçmiş komandiri olan təqaüdçü general J. David Shaw, Haber Global Web Özəl üçün bölgəni atəş halqasına çevirən hadisələri dəyərləndirib. Şounun fikrincə, İsrail qlobal reaksiya ilə deyil, zamanla yarışır. Təqaüddə olan SAS komandiri Şou, İsrailin qısa zamanda məqsədlərinə çata bilməməsi halında “illərlə davam edəcək qarşıdurmalarda ilişib qala biləcəyini” ifadə edərək, bu təəccüblü açıqlamalar verib.
Şayəstə Hüseynova