image-thumbs_b_c_daf492691106737e0a621c20ffd84d7fbackend

Husilərdən İsrailə yeni raket hücumu!

İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndə İranın dəstəklədiyi husilərin atdığı raket səbəbiylə ölkədə sirenlər çaldığını və milyonlarla israillinin ehtiyat tədbiri olaraq sığınacaqlara göndərildiyini açıqlayıb. Bildirilib ki, raket İsrail hava məkanına girməzdən əvvəl ələ keçirilib.
Elchi.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərin İsrailə qarşı növbəti cavab hücumu həyata keçirdiyi bildirilib. İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada husilərin atdığı raket səbəbilə ölkədə sirenlərin çalındığı və milyonlarla israillinin ehtiyat tədbiri olaraq sığınacaqlara göndərildiyi qeyd edilib. Raketin İsrail hava məkanına girmədən ələ keçirildiyi bildirilərkən, son hücum Husilərin bir həftə ərzində İsrailə qarşı həyata keçirdiyi 5-ci raket hücumu olaraq qeydə alınıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki