Yəməndə İranın dəstəklədiyi husilər Oman dənizi və Ədən körfəzində 1 ABŞ esminesi və 3 təchizat gəmisini 16 ballistik raket və bir pilotsuz uçuş aparatı ilə hədəfə aldıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında ABŞ ordusuna aid 1 esminesin və “Stena Impeccable”, “Maersk Saratoga” və “Liberty Grace” adlı 3 təchizat gəmisinin Oman dənizi və Ədən körfəzində vurulduğunu bildirib.
Seri 16 ballistik raket və PUA ilə həyata keçirilən hücumların tam dəqiqliklə həyata keçirildiyini qeyd edib.
Məsələ ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.
Şayəstə Hüseynova