image-thumbs_b_c_7294fd06a7e7b3d74b03a2c2c0121dd5backend

HƏMAS sabah azadlığa buraxılacaq 3 məhbusun adını açıqlayıb

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları sabah sərbəst buraxılacaq üç məhbusun adını açıqlayıb.
Elchi.az xəbər verir ki, yanvarın 19-da Qəzza zolağında başlayan atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində mübadilə prosesi davam edir. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları sabah azadlığa buraxılacaq üç kişi məhbusun adlarını açıqlayıb. Sərbəst buraxılacaq məhbusların Ofer Kalderon, Keyt Sigel və Yarden Bibas olduğu bildirilib.
İsrail Baş Nazirlik Ofisi HƏMAS-dan sabah azad ediləcək məhbusların siyahısını aldığını təsdiqləyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki