image-hamas-yoneticisi-lubnanda-olduruldu-xz1wbackend

HƏMAS lideri Livanda öldürülüb

HƏMAS-ın Livandakı liderlərindən olan Əbu əl-Əmin İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində ölüb.
Elchi.az xəbər verir ki, HƏMAS Livandakı liderlərindən biri olan Fəth Şərif Əbu əl-Əminin ölkənin cənubundakı Əl-Bass düşərgəsindəki evinə İsrail döyüş təyyarələrinin hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
HƏMAS-ın Telegram hesabından verilən açıqlamada İsrail döyüş təyyarələrinin HƏMAS-ın Livandakı liderlərindən biri və xaricdəki liderlik üzvü Əbu əl-Əminin Əl-Bass düşərgəsindəki evinə hava hücumu təşkil etdiyi bildirilib.
Açıqlamada, hücumda Əbu əl-Emindən başqa həyat yoldaşı Umeyye İbrahim Abdulhəmid, oğlu Emin və qızı Vəfanın da həyatını itirdiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki