image-2024-09-26t212206z-1022777152-rc2l8aaxahmx-rtrmadp-3-usa-election-harrisbackend

Harris: “Hizbullahın qurbanları az da olsa haqq qazandılar”

ABŞ-ın vitse-prezidenti Kamala Harris Hizbullah lideri Həsən Nəsrullahın İsrailin bombardmanı nəticəsində ölməsindən sonra açıqlama verib.

Elchi.az xəbər verir ki, bu barədə Reuters.com məlumat yayıb.

Harris qeyd edib:

“Həsən Nəsrullah əli amerikalıların qanı ilə terrorçu idi. O, onilliklər boyu Hizbullaha rəhbərlik edərək Yaxın Şərqdə sabitliyi pozdu və Livan, İsrail, Suriya və dünyanın hər yerində saysız-hesabsız günahsız insanların öldürülməsinə səbəb oldu. Bu gün Hizbullahın qurbanları bir az da olsa haqq qazandı.

Diplomatiya regionda davamlı sabitliyi təmin etmək üçün ən yaxşı yol olaraq qalır”,-deyə Harris bildirib.

“ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini” təkrarlayan Harris qeyd edib:

“İsrailin İrana və Hizbullah, Həmas və Husilər kimi İranın dəstəklədiyi terror qruplarına qarşı özünü müdafiə etmək haqqını həmişə dəstəkləyəcəyəm”.

Bayden və onun Yaxın Şərqdəki münaqişələrin daha geniş miqyaslı regional müharibəyə çevrilməsini istəmədiklərini qeyd edən Harris, “İsrail-Livan sərhədində diplomatik həll üzərində işləyirik ki, sərhədin hər iki tərəfindəki insanlar sağ-salamat evə qayıda bilər. Diplomatiya mülki insanları qorumaq və regionda davamlı sabitliyi təmin etmək üçün ən yaxşı üsul olaraq qalır”,-deyə vurğulayıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki