Gürcüstanda Avropa İttifaqı ilə razılaşmanın dayandırılmasına etiraz olaraq keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinə hücuma görə 8 Rusiya vətəndaşı saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Səkkiz rusdan başqa, Belarus və ABŞ vətəndaşları da həbs edilib. Digər təfərrüatlar barədə məlumat verilməyib.
Gürcüstanda etirazlar noyabrın 28-də ölkənin baş naziri İrakli Kobaxidnin Brüssellə Avropa Birliyinə üzvlüklə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra başlayıb. Bu, Gürcüstanın şəhərlərində (Tbilisi, Kutaisi və Batumi) kütləvi etirazlara səbəb olub. Respublika prezidenti Salome Zurabişvili etirazçılara qoşulub.
Kobaxidze daha sonra bildirib ki, etirazlar zamanı Ukrayna “Maydanı” hadisələrinin təkrarlanmasına icazə verməyəcək. O, bəyan edib ki, “Gürcüstanı ukraynalaşdırmaq” üçün respublikadakı iğtişaşlara xaricdən nəzarət olunur.
Yeganə