image-8f010319-b279-481d-83d2-41b5403023f4_cx0_cy10_cw0_w408_r1_sbackend

Gürcüstan Təhlükəsizlik Xidməti: Prezident seçkilərinə mane olmağı planlaşdırır

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dekabrın 14-də keçiriləcək prezident seçkilərinin paytaxt Tbilisidə davam edən nümayişlərdə zorakılıq aktları ilə qarşısının alınmasının planlaşdırıldığını bildirib.
Elchi.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin sosial media hesabından verilən açıqlamada hökumətin Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamasını 2028-ci ilə qədər dayandırmaq qərarına qarşı nümayişlərin davam etdiyi xatırladılıb.
Bəyanatda qeyd olunur ki, son günlər Tbilisidə etirazçıların sayı azalmağa başlayıb və bəzi qüvvələr müxtəlif üsullardan istifadə edərək “etirazlar yaratmağa” çalışırlar.
Bəyanatda bu qrupların məqsədinin zorakılıq hərəkətləri ilə hökuməti devirmək olduğu bildirilmiş və son günlər küçələrdə kimliyi məlum olmayan maskalı şəxslərin polisə, jurnalistlərə və mülki şəxslərə qarşı hücumlarının da bir hissəsi olduğu irəli sürülüb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki