image-14backend

FT: Avropa Trampın Ukrayna ilə bağlı mövqeyinə nikbinliklə baxır

“Financial Times” (FT) yazır ki, avropalı siyasətçilər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinə yanaşmasını ehtiyatlı nikbinliklə qəbul edirlər.

Elchi.az xəbər verir ki, Brüssel rəsmilərindən birinin verdiyi məlumata görə, Avropa Trampın vəziyyətdən çıxış yolu tapmaq istəyini görür, lakin heç bir bahasına deyil:

“Bu, Kiyevin təslim olması ola bilməz”.

Trampın komandası tərəflərin seçilmiş sərhəddə ayrılmasını nəzərdə tutan Koreya ssenarisinə bənzətməklə münaqişəyə son qoymaq imkanlarını öyrənir. Eyni zamanda, belə bir razılaşmanın necə icra oluna biləcəyi sual olaraq qalır.

Daha əvvəl Bloomberg-in köşə yazarı Andreas Klut təklif etmişdi ki, Vladimir Putin və Donald Tramp tezliklə münaqişənin həllinin mümkün yollarını müzakirə edə bilərlər. Klutun sözlərinə görə, ABŞ-ın danışıqlarda mövqeyi Co Baydenin Ukrayna ordusuna Amerika raketləri ilə Rusiya ərazisinin dərinliklərinə hücum etməyə icazə vermək qərarından sonra daha da mürəkkəbləşib. Analitik əlavə edib ki, bu, Trampın gələcək addımlarını daha da az proqnozlaşdırılan edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki