image-fransanin-somurgesi-martinikte-gosteri-yasagi-ilan-edildi-az4zbackend

Fransanın koloniyası olan Martinikada nümayişlərə qadağa qoyulub

Fransanın Karib dənizindəki müstəmləkəsi Martinikada yaşayış bahalığına qarşı etirazlar davam edərkən, adada 4 regionda sentyabrın 23-dək nümayişlərə qadağa qoyulub.
Elchi.az xəbər verir ki, Martinika Qubernatorluğundan verilən açıqlamaya görə, Fort-de-France, Le Lamentin, Ducos və Le Robert şəhərlərində nümayişlər təşkil etmək və ictimai yerlərdə toplaşmaq sentyabrın 23-dək qadağandır.
Mütəmadi olaraq qubernatorluğa bildirilən nümayişlər bu qadağadan azad edildi.
Fransa mətbuatında yer alan xəbərlərə görə, adada baş verən hadisələrdə indiyə qədər nəzarətə alınanların sayı 31-ə çatıb.
Martinik Qubernatorluğu, adada yüksək yaşayış xərcləri ilə mübarizə səyləri çərçivəsində önümüzdəki günlərdə mövzu ilə bağlı başqa bir toplantının keçiriləcəyini açıqlayıb.
Martinikdə insanlar sentyabrın əvvəlindən yaşayış bahalığına etiraz edirlər. Adanın Fort-de-France və Lamentin şəhərlərinin bəzi məhəllələrində sentyabrın 23-dək saat 21.00-05.00 arasında komendant saatı elan edilib.
Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) 2022-ci il məlumatlarına görə, Martinikada ərzaq qiymətləri materik Fransa ilə müqayisədə 40 faiz bahadır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki