Fransız siyasətçi Düpon-Aignan Zelenskinin çılğınlığını dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, “Ukrayna prezidenti Vladimir Zelenski dayandırılmalıdır”, “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan X sosial şəbəkəsindəki səhifəsində yazıb. O, Kiyevin nüvə bombası hazırlamağa hazır olması ilə bağlı xəbərləri belə şərh edib.
“Dəhşətli! Times qəzetinin yazdığına görə, Amerikanın yardımı dayansa, Ukrayna Naqasakiyə bərabər gücə malik nüvə bombası hazırlayır! Zelenskinin çılğınlığının həddi-hüdudu yoxdur və təcili dayandırılmalıdır”, – o yazıb.
Noyabrın 15-də nüvə enerjisi üzrə mütəxəssis və Atominfo Mərkəzinin rəhbəri Aleksandr Uvarov bildirib ki, Çernobıl AES-in nüvə tullantıları Ukrayna tərəfindən nüvə silahı yaratmaq üçün istifadə oluna bilər.
Noyabrın 13-də “Tayms” qəzeti Ukraynanın nüvə stansiyalarından işlənmiş yanacaqdan atom bombası hazırlamaq imkanını nəzərdən keçirdiyini yazıb. Bir çox arayış kitablarında atom elektrik stansiyalarında əldə edilən plutoniumun silah istehsalı üçün yararsız olduğu göstərilir, lakin Uvarov bunun tamamilə doğru olmadığına əmindir.
Şayəstə Hüseynova