image-gazze-gazeteci-afp-2157263_1backend

Fələstin xəbərlərinə sosial media məhdudiyyətləri

BBC-nin araşdırmasına görə, Facebook İsrail-Qəzza müharibəsi zamanı Fələstin xəbər agentliklərinin auditoriyaya çatma imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Məlum olub ki, Fələstin ərazilərində, xüsusilə Qəzza və İordan çayının qərb sahilində fəaliyyət göstərən xəbər mərkəzlərinin qarşılıqlı əlaqə nisbətləri 2023-cü ilin oktyabr ayından etibarən əhəmiyyətli dərəcədə azalıb.
Elchi.az xəbər verir ki, Xüsusilə müharibə dövründə sosial media Qəzza daxilindən səslərin eşidilməsi üçün mühüm kanal halına gəldi. Bununla belə, BBC-nin 20 aparıcı Fələstinin xəbər mənbəyinin Facebook ilə qarşılıqlı əlaqəsini araşdıran hesabatında, HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumlarından sonra qarşılıqlı əlaqənin 77 faiz azaldığı ortaya çıxıb.
Məsələn, 5,8 milyon izləyicisi olan Fələstin televiziyası yazılarının əhatə dairəsinin 60 faiz azaldığını bildirib. Kanalın jurnalistlərindən Tarık Ziyad “Paylaşımlarımız tamamilə məhdud idi, məzmunumuz insanlara çatmadı” dedi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki