Erməni bloger Artur Adamyan səkkizinci gündür ki, “Uşaqlığımızın tanqosu” filmindən tanınan Varem-Marem binasının yaxınlığında aclıq aksiyası keçirir. O, binanı uçmaqdan xilas etməyi tələb edir.
Elchi.az xəbər verir ki, Adamyan NEWS.am saytının müxbiri ilə söhbətində qeyd edib ki, o, aidiyyatı qurumlardan bərpa layihəsini hazırlamazdan əvvəl binanın heç olmasa dəmir armaturla möhkəmləndirilməsini istəyir.
Bununla bağlı artıq 7400 imza toplanıb.(konkret.az)