Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri ilə görüşüb.
Elchi.az xəbər verir ki, görüş zamanı Ərdoğan Livandakı hücumdan kədərləndiyini bildirib, hücumda həyatını itirənlərə rəhmət, yaralananlara isə tezliklə şəfa diləyib.
Ərdoğan həmçinin İsrailin münaqişələri bölgəyə yayma səylərinin son dərəcə təhlükəli olduğunu və İsrailin təcavüzünün qarşısını almaq üçün səylərin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Livanda Hizbullah ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Səhiyyə Nazirliyi Hizbullah ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 2800 nəfərin yaralandığını açıqlayıb.
İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib. İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.