image-1620626600__azpressaz_e22527410c8eec3850d937254_obackend

Ən yaşlı və ən gənc deputat

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.
Elchi.az Modern.az-a istinadla xəbər verir ki, deputat seçilən ən gənc namizəd Səbinə Xasayevadır.
O, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən mandat qazanıb. 31 yaşlı siyasətçi ikinci dəfədir deputat seçilir.
84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki