Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, KİV-in məlumatına görə, El Oro əyalətinin Pinas qəsəbəsinə yağan güclü leysan insan tələfatına və böyük dağıntılara səbəb olub.
Səlahiyyətlilər indiyədək iki nəfərin öldüyünü, əksəriyyəti yüngül olmaqla 81 nəfərin yaralandığını bildirib.
San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalarkən, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.
Şayəstə Hüseynova